Vaqif Cavadov 3-cü turda da oynamayacaq

XƏBƏR 21 Avqust 2010 / 15:49 2113
-  A +

Millimizin futbolçusu Vaqif Cavadovun çıxış etdiyi Hollandiya “Tvente”si bu gün növbəti oyununa çıxacaq. Qol.Az-ın məlumatına görə, Enshede təmsilçisi ölkə çempionatının 3-cü turunda “Vitess”lə qarşılaşacaq. “Tvente”nin səfərdə oynayacağı bu matç Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Artıq Enshede klubunun çalışdırıcısı Mişel Pryudom “Vitess”lə oyunda güvənəcəyi “18-liy”i də açıqlayıb. Lakin o bu dəfə də Vaqifə güvənməyib. Qeyd edək ki, çempionatın ilk iki oyunundan da qolsuz heç-heçə ilə ayrılan “Tvente”nin baş məşqçisi həmin oyunlarda da Cavadova “18-lik”də yer verməmişdi.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...