"Bakı" Unibank Premyer Liqasının 3-cü turunda "Qəbələ"ni qəbul edəcək. Qol.Az-ın məlumatına görə, oyun avqustun 22-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Məlum olduğu kimi, hər iki komanda 19-cu Azərbaycan çempionatına uğursuz başlayıb. "Bakı" evdə "AZAL" (2:3) və səfərdə "Muğan"a (0:1) məğlub olubsa, "Qəbələ" də səfərdə "Xəzər Lənkəran" (0:1) və evdə "Neftçi" (0:2) ilə keçirdiyi oyunlarda xal toplaya bilməyib.
Bu komandalar indiyə qədər 14 dəfə qarşı-qarşıya gəliblər. Həmin oyunlardan dördü kubok, onu isə çempionat oyunlarına təsadüf edir. "Bakı"nın bu oyunlarda böyük üstünlüyü diqqət çəkir. Paytaxt klubu "Qəbələ"yə qarşı keçirdiyi oyunların 9-da meydanı qalibiyyətlə tərk edib. Özü də maraqlıdır ki, "Bakı" qalib gəldiyi oyunların heç birində qapısında qol görməyib.
Rəqiblərin ilk görüşləri 2006-2007-cı il mövsümündə baş tutub. Hər iki oyun eyni hesabla paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Həmin mövsümdə kubok yarışları da komandaları qarşı-qarşıya gətirib. Yenə də "Bakı" üstün olub: 2:0 və 1:0.
2007-2008-ci il mövsümündə "Qəbələ" revanş götürməyə nail olub. Mövsümün ikinci dövrə oyununda "Bakı" bu məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb 3:0.
2008-2009-cu il sezonunda komandalar kubok yarışlarının 1/4 final mərhələsində üz-üzə gəliblər. Hər iki oyun 1:1 hesabı ilə başa çatıb, 11 metrlik cərimə zərbələri ilə qalib gələn "Qəbələ" mübarizəni davam etdirib. Həmin mövsümün çempionat oyunları isə "Bakı"nın uğurları ilə yadda qalıb. "Bakı" evdə 3:0, səfərdə isə 1:0 hesabı ilə qalib gəlib.
Son mövsümə gəldikdə isə, komandalar 4 dəfə qarşı-qarşıya gəliblər. Çempionatın ilkin mərhələsində "Bakı" həm ev, həm də səfər oyununu 2:0 hesablı qələbə ilə başa vurub. Pley-of mərhələsində isə üstünlük "Qəbələ"nin tərəfində olub. Bakıda 1:1 hesablı sülh qeydə alınıb, Qəbələdə oynanılan cavab qarşılaşması isə meydan sahiblərinin 1:0 hesablı qalibiyyəti ilə tarixə düşüb.
Beləliklə, indiyədək keçirilən 14 qarşılaşmanın 9-da "Bakı", 2-də isə "Qəbələ" qalib gəlib, 3 oyun heç-heçə tamamlanıb. Vurulan və buraxılan topların fərqi "Bakı"nın xeyrinədir: 19:6
Mənbə: “Bakı”nın rəsmi saytı
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi