Yığmamız bu gün Uelslə qarşılaşacaq

Yığmamız bu gün Uelslə qarşılaşacaq
XƏBƏR 21 Avqust 2010 / 14:30 1750
-  A +

Bu gün qadın futbolçular arasında dünya çempionatının seçmə mərhələsində növbəti oyunlara start veriləcək. Qol.Az-ın məlumatına görə, Avropa zonasının 8-ci qrupunda mübarizə aparan Azərbaycan yığması səfərdə Uelslə qarşılaşacaq.
Qrupda yeganə qələbəni (2:1) məhz bu rəqibi üzərində qazanan Şamil Heydərovun yetirmələri bu dəfə də eyni uğuru təkrarlayarlarsa, 4-cü pilləyə yüksəlmək şansı qazanacaqlar. Digər oyunlardan 1-də heç-heçə edib qalanında məğlub olan komandamız 7-ci görüşünə Bakı vaxtı ilə saat 19:00-da çıxacaq.

Uels – Azərbaycan
Baş hakim: Paloma Quintero Siles (İspaniya)
Nyutaun. “Letem Park” stadionu. Saat 19:00.

1. İsveç           6          5          1          0          30-2     16

2. Çexiya         6          3          1          2          11-5     10

3. Belçika        8          3          1          4          18-13   10

4. Uels             6          2          0          4          7-11     6

5. Azərbaycan  6          1          1          4          2-37     4

 

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...