Türkiyənin Bank Asya birinci liqasında çıxış edən həmyerlilərimizdən Ernani Pereyrayla İlqar Qurbanovun komandasının oyununda kütləvi dava-dalaş baş verib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Ernaninin ehtiyatda qaldığı, İlqarın isə start heyətində meydana çıxdığı “Adanaspor”la mövsümün açılış qarşılaşmasının gedişində azarkeşlər arasında iğtişaş yaşanıb. Adanada keçirilən oyunun startından sonra iki komandanın azarkeşləri arasında əvvəlcə söz atışması başlayıb. Ardınca "Mersin İdman Yurdu"nun azarkeşləri oturacaqları sındıraraq rəqib tərəfdarlara və stadiona atıb. Nəticədə olaylar böyüyüb, azarkeşlər bir-birini oturacaq və daş atəşinə tutub. Təhlükəsizlik gücləri tribunalara daxil olaraq azarkeşləri bibər qazı vasitəsi ilə dağıtmaq məcburiyyətində qalıb. Nəticədə bəzi azarkeşlər bibər qazından zəhərlənib, bəziləri isə təhlükəsizlik qüvvələri ilə toqquşmada yaralanıb. Təhlükəsizlik orqanının əməkdaşlarından da xəsarət alan olub. Azarkeşləri sakitləşdirmək üçün Adana polis rəisi Salih Kesmez meydana çıxmaq məcburiyyətində qalıb. Yaralılar stadiona gələn ambulansla xəstəxanaya aparılıb. Bəzi azarkeşlər isə polis tərəfindən həbs edilib. Azarkeşlərlə yanaşı, meydanda da qan tökülüb, futbolçular yaralanıb.
Olaylar bununla yekunlaşmayıb. Belə ki, "Mersin İdman Yurdu"nun baş məşqçisi Yüksel Yeşilova və "Adanaspor"un çalışdırıcısı Kemal Kılıç arasında da dartışma yaşanıb. Bir-birilərinin üzərinə hücum çəkən mütəxəssisləri baş hakim Özgüç Türkalp hər iki mütəxəssis texniki zonadan kənarlaşdırıb.
Qeyd edək ki, 0:0 hesabıyla başa çatan oyun İlqar üçün də uğursuz nəticələnib. Matçın 58-ci dəqiqəsində zədələnən həmyerlimiz oyundaşı ilə əvəzlənmək məcburiyyətində qalıb.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi