“Qarabağ” istirahət etmədən məşqlərə başlayır

XƏBƏR 21 Avqust 2010 / 14:11 1730
-  A +

Avqustun 19-da Avropa Liqasının pley-off mərhələsində Almaniya “Borussiya”sı ilə qarşılaşan “Qarabağ” dünən gecə Bakı - Frankfurt reysiylə paytaxta dönüb. Qol.Az-ın Ağdam klubunun rəsmi saytına istinadən məlumatına görə, Qurban Qurbanovun komandası fasiləyə ehtiyac duymadan artıq məşqlərə başlayır. Bu gün axşam 19:00-da komanda Suraxanı qəsəbə stadionunda məşqə çıxacaq. Çünki Ağdam təmsilçisi sabah MOİK-lə Premyer Liqanın 3-cü turunun oyununa çıxacaq.
Qeyd edək ki, əslində MOİK – “Qarabağ” görüşü bu gün keçirilməli olsa da, təmsilçimizin avroliqadakı oyunuyla əlaqədar PFL matçın bir gün sonra keçirilməsinə qərar verib. Bu qarşılaşma sabah 18:00-da Suraxanı qəsəbə stadionunda baş tutacaq.


Son xəbərlər