“Alman komandasıyla bizim səviyyəmiz eyni ola bilməz. Nəyə gücləri çatdı, onu da oynadılar. Düzü, bir neçə futbolçunun oyunu mənim xoşuma gəldi. Konkret Vüqar Nadirova gəlincə, onun əvvəlki oyunu məni razı salmırdı. Dünən isə pis təsir bağışlamadı». Bu sözləri Qol.Az-a açıqlamasında “Qarabağ” klubunun keçmiş prezdenti Adil Nadirov avroliqanın cari mövsümündə daha uzun yol qət edən yeganə təmsilçimiz Ağdam təmsilçisinin Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Borussiya” ilə oyununu dəyərləndirərkən bildirib. Adil Nadirov “Borussiya”nın futbolçularının “Qarabağ”a oynamağa imkan vermədiyini söyləyib: «Qısaca olaraq, deyə bilərəm ki, rəqib komanda bizə oynamağa imkan vermədi. Çünki onlar bizdən daha güclü və səviyyəlidirlər. Bizim onlarla ayaqlaşmağımız çox çətindir».
Nadirov «Qarabağ»ın oyunundan narazı olmadığını bildirib: “Mən komandadan narazı qalmadım. Onlar bacardıqlarını etdilər. Uduzmağımız başa düşüləndir. Amma heç olmasa, hesab 4:0 olmasaydı, yaxşı olardı. Bir dəfə SSRİ yığmasıyla Brazilya oynayırmış. Oyundan sonra Peledən soruşurlar ki, oyun barəsində nə deyə bilərsən? O da deyib ki, ruslar bacardığı, biz isə istədiyimiz kimi oynayırıq. Dünən də həmin vəziyyət yaranmışdı. Almanlar istədikləri oyunu oynadılar. Bizdə bacardığımız oyunu oynadıq».
Nadirov hesab edir ki, ilk dəqiqələrdə Adamiyanın vurduğu top qapıdan keçsəydi, oyun başqa məcrada keçə bilərdi: “Komandada oyun alınmayanda alınmır. Amma elə fikirləşirəm ki, Adamiya o fürsətdən istifadə etsəydi, indi hesab başqa cür ola bilərdi. Sanki ikinci qoldan sonra komanda ruhdan düşdü. Bundan başqa futbolçuların fərdi oyunda səhvləri komandaya baha başa gəldi. Almanlarla fərdi oyuna deyil, kollektiv oyuna üstünlük vermək lazımıydı. Fərhad özünü həmin atmosferdə sanki itirmişdi. Özü də son vaxtlar o, yaxşı oyun göstərirdi. Deyərdim ki, iki qol Fərhadın ucbatından qapıdan keçdi. O topları buraxmamalıydı. Fərhad adına yaraşmayan oyun nümayiş etdirdi».
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi