“Biz bir günlük, ani uğurların yox, uzunmüddətli uğurların bünövrəsini qoymağın tərəfdarıyıq. Ona görə də daha çox uşaq futboluna, infrastruktura investisiyalar qoyuruq”. Lent.az-ın məlumatına görə, bu fikirləri “Qəbələ” futbol klubunun marketinq üzrə meneceri Səməd Nəsibov jurnalistlərə açıqlamasında deyib.
O, hazırda futbolun biznes kimi inkişafı üçün işlər görməyə başladıqlarını bildirib. Nəsibov bu baxımdan, “Qəbələ” ilə “Hyundai” arasında sponsorluq müqaviləsinin imzalanmasını Azərbaycanda şirkətlərin ilk dəfə futbol klubuna sərmayə qoymasına nümunə adlandırıb. “Qəbələ” rəsmisi Unibank Premyer Liqasının ilk 2 turunda komandanın məğlubiyyətindən çox, “Neftçi” ilə matçda komandanın yetirməsi Tarzən Cahangirovun 30 dəqiqəyədək meydançada mübarizə aparmasını daha önəmli hadisə kimi dəyərləndirib.
Nəsibov 2011-ci ilin yanvarında klubun 15 min tamaşaçı tutumuna malik yeni və müasir tipli stadionunun tikintisinə başlayacaqlarını xatırladıb. Arenanın inşasının 18 aya yekunlaşması nəzərdə tutulub. Bundan sonra azarkeşlər üçün marşlar yazılacaq, onların komandanı durmadan dəstəkləmələri istiqamətində işlər görüləcək: “Bəzən 200 tamaşaçıdan ibarət qrup 30 min nəfərlik tamaşaçı tutumuna malik stadionun səsini batırır. Biz də belə bir yenilik etmək, azarkeşlərlə işimizi bu istiqamətdə qurmaq istəyirik. İstəyirik ki, stadionumuz hazır olduqdan sonra tərəfdarlarımız oyunlarımıza sanki bir tamaşa izləmək üçün gəlsinlər. Hazırda yeni fan-klubumuzun yaradılması yönündə işlər görülür”.
“Qəbələ” rəsmisi təklif olarsa, yeni tikiləcək stadionun adının hər hansı əcnəbi şirkətə satılmasının mümkünlüyünü də vurğulayıb.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi