“Qarabağ”la cavab oyununa da qələbə üçün gedəcəyik”

“Qarabağ”la cavab oyununa da qələbə üçün gedəcəyik”
XƏBƏR 20 Avqust 2010 / 12:54 1823
-  A +

“Qarabağ”la oyundan razı qaldım. İndi Bakıdakı cavab oyununu gözləyirik. Düşünürəm ki. artıq qrup mərhələsindəyik”. Qol.Az-ın məlumatına görə, bu sözləri Almaniya “Borussiya”sının futbolçusu Yakub Blaçikovski deyib.
Dortmund klubunun polşalı legioneri Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda 4:0 hesabı ilə məğlub etdikləri “Qarabağ”la səfər oyununa da qələbə qazanmağa çalışacaqlarını bildirib: “Biz aşkar favorit sayılırdıq. Lakin oyun düşündüyümüz qədər asan olmadı. “Qarabağ” heç də pis oynamadı. Onların əziyyətini danmaq istəmirəm. Lakin tez qol vurmağımız xeyrimizə oldu. İlk qoldan sonra işimiz asanlaşdı. Cavab oyununa da qələbə üçün gedəcəyik. Lakin hələlik həmin matçı deyil, “Bayer”i fikirləşirik”.
Qeyd edək ki, “Borussiya” ilə “Qarabağ” arasında cavab oyunu avqustun 26-da keçiriləcək.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...