«Rubin»in daha bir futbolçusu «Neftçi»yə keçdi

XƏBƏR 19 Avqust 2010 / 22:38 2719
-  A +

Rusiya çempionu "Rubin" klubunun daha bir futbolçusu - 22 yaşlı özbəkistanlı yarımmüdafiəçi Vaqiz Qaliulin «Neftçi»nin düşərgəsinə qoşulub. Qol.Az-ın «Neftçi»nin rəsmi saytına istinadən verdiyi məlumata görə,. 2006-cı ildən "Rubin"in şərəfini qoruyan Qaliulin Özbəkistan yığmasının da üzvüdür. Artıq paytaxtımızda olan futbolçu "Neftçi"nin heyətində məşqlərə qoşulub.
Qeyd edək ki, qarşılıqlı əməkdaşlığa uyğun olaraq «Nefçti»nin da bir neçə gənc oyunçusunun "Rubin"in düşərgəsinə yollanacağı gündəmdədir.
Xatırladaq ki, bundan əvvəl «Nefçti» "Rubin"dən özbəkistanlı Bahodir Nasimovu transfer etmişdi.


Dünya Çempionatı 2026
Son xəbərlər
17.07.26  10:30

PSJ-də yeni müqavilə

topaz banner