"Neftçi"dən qovulan futbolçu Türkiyə klubunda

"Neftçi"dən qovulan futbolçu Türkiyə klubunda
XƏBƏR 19 Avqust 2010 / 18:40 2355
-  A +

2008-2010-cu illər aralığında “Neftçi”nin şərəfini qorumuş təcrüəbli yarımmüdafiəçi Suat Usta karyerasını Türkiyədə davam etdirəcək. Qol.Az-ın qardaş ölkə mətbuatına istinadən məlumatına görə, 2009/2010 mövsümünün başa çatmasına az qalmış "Neftçi"dən kənarlaşdırılan 6 futbolçudan biri olan Suat Bank Asya birinci liqasında çıxış edən "Diyarbəkirspor"la müqavilə bağlayıb.
Qeyd edək ki, 29 yaşlı Suat "Neftçi" ilə yanaşı, Hollandiyanın PSV və "Maastrixt", Türkiyənin "Qalatasaray", "Konyaspor", "Antalyaspor", "Sakaryaspor", və "Çaykur Rizəspor" klublarında forma geyinib.


Dünya Çempionatı 2026
Son xəbərlər
17.07.26  10:30

PSJ-də yeni müqavilə

topaz banner