“Simurq” “Neftçi”ylə oyuna baş məşqçisiz hazırlaşır

“Simurq” “Neftçi”ylə oyuna baş məşqçisiz hazırlaşır
XƏBƏR 19 Avqust 2010 / 17:32 1905
-  A +

"Xəzər Lənkəran"la qarşılaşmadan sonra "Pro" məşqçilik lisenziyasının müddətinin uzadılması ilə bağlı seminarda iştirak etmək üçün vətəni Makedoniyaya yollanan baş məşqçi Cokiça Haciyevski bu gün gecə saatlarında Bakıya gəlir. Qol.Az-ın Zaqatala klubunun rəsmi saytına istinadən məlumatına görə, Haciyevskinin Azərbaycanda olmadığı müddətdə məşqlər məşqçi Böyükağa Ağayev və qapıçılarla çalışan məşqçi Nizami Sadıqovun rəhbərliyi altında keçirilir. Buna qədər "Şəfa"da hazırlıq keçən, bu gün isə Tofiq Bəhramov adına Respublika stadionunda ilk çalışmalarını keçirən komanda sabah saat 19:00-da matçın keçiriləcəyi arenada oyunöncəsi son məşqinə çıxacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
17.07.26  10:30

PSJ-də yeni müqavilə

topaz banner