"Simurq"un yeni transferi, "Xəzər Lənkəran"la oyunda debüt edən Adnan Hodziç klubun rəsmi saytına müsahibə verib. Qol.Az-ın məlumatına görə, xorvatiyalı qapıçı yeni komandası və ilk oyunu, Bakı və Zaqatala, "Neftçi" ilə qarşılaşma və komandanın perspektivləri barədə danışıb: “Simurq”a transferim rəsmiləşəndən sonra bir neçə Xorvatiya qəzetindən mənə zəng gəldi. Jurnalistlər buradakı şərait barədə soruşurdular. Doğma şəhərim Riekada bu keçid böyük ajiotaja səbəb olmuşdu. Hər kəs mənim Azərbaycana transferimi irəliyə doğru addım hesab edir. Burada mənə yaradılan şəraitdən razıyam. Hələ ki, mehmanaxanada qalıram, amma bugünlərdə mənzilə köçəcəyəm. Bakı, xüsusilə də Zaqatalanı çox bəyəndim. Zaqatala mənə Riekanı və Avstriyanın kiçik şəhərlərini xatırlatdı. Düzü, burada infrastrukturun belə səviyyədə olacağını gözləmirdim”.
"Xəzər Lənkəran"la oyunda debüt edən futbolçu ilk matçını uğurlu hesab etmədiyini vurğulayıb: “Çünki iki qol buraxdıq və məğlub olduq. Görüşə qədər komanda ilə cəmi iki məşq keçirdiyimdən və dil problemi olduğundan anlaşma yüksək səviyyədə deyildi. Müdafiəçiləri idarə edə bilmirdim. Amma getdikcə daha yaxşı olacaq. Artıq Azərbaycan dilində bəzi terminləri öyrənmişəm. Daha yaxşı çıxış edə bilərəm. Bir qədər zamana ehtiyacımız var. Qarşıdakı görüşlərdə potensialımı tam açmağa çalışacağam”.
Hodziç qarşıdakı "Neftçi" ilə oyun barədə də danışıb: “Burada öyrəndim ki, "Neftçi" Azərbaycanın ən böyük klubudur, heyətində təcrübəli futbolçular var. Amma inanın ki, bu heç nəyi həll etmir. Əminəm: bu qarşılaşmadan üzüağ çıxacağıq. Çünki heyətimizdə çoxlu istedadlı və perspektivli oyunçular var. Yaxın vaxtlarda "Simurq" çox güclü komandaya çevriləcək. Baş məşqçi Cokiça Haciyevski ilə Azərbaycana gələnə qədər şəxsi tanışlığım olmasa da, onun barədə eşitmişəm. O, Balkan yarımadasında çox məşhur mütəxəssisdir. Onun rəhbərliyi altında səviyyəmizi artıracağıq”.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi