“Arsenal”ın oyunçusu əzəli rəqibin düşərgəsində

“Arsenal”ın oyunçusu əzəli rəqibin düşərgəsində
XƏBƏR 19 Avqust 2010 / 15:22 2061
-  A +

Fransız stopper Uilyam Qallas yollarını ayırdığı “Arsenal”ı bu klubun əzəli rəqibi “Tottenhem”ə dəyişir. Qol.Az-ın məlumatına görə, baş məşqçi Harri Rednap “Arsenal”la yanaşı “Çelsi”də də forma geymiş təcrübəli futbolçunu sərəncamında görməkdə israrlıdır. “Tottenhem”in çalışdırıcısı 33 yaşlı futbolçunu komandasına gətirməklə Conatan Vudqeyt və Ledli Kinqin zədəsi üzündən müdafiədə yaranan sıxıntını aradan qaldırmağı düşünür.
Qeyd edək ki, fransız ulduzla daha öncə “Yuventus” və “Panatinaikos” maraqlansa da, Qallas onların təklifini qəbul etmək istəməmişdi.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...