"Muğan" hazırda Premyer Liqanın ən perspektivli klublarından biridir və bu komandada çıxış etmək mənim üçün çox xoşdur. Burada öz sözümü deyəcəyimə inanıram. Son mövsüm mənim üçün bir o qədər də uğurlu keçmədi. Düşünürəm ki, istədiyim və məndən gözlənilən oyunu burada sərgiləyə biləcəm". Qol.Az-ın məlumatına görə, bu sözləri bir neçə gün əvvəl "Muğan"a transfer olunan Anxel Qutyerres Salyan klubunun rəsmi saytına müsahibəsində deyib.
Debüt oyununda "Bakı"ya qol vuran və komandasına qələbə qazandıran futbolçu komandasının rəqibdən üstün olduğunu deyib: "Bu oyunda "Muğan"ın heyətində ilk qolumu vurdum və bu qolun oyunda həlledici olması məni çox sevindirdi. Lakin qeyd etməliyəm ki, komanda yoldaşlarım da bu matçda çox gözəl oyun nümayiş etdirdilər və "Muğan" sözün əsl mənasında meydandakı üstün olan tərəf idi. Qısacası zəhmətimiz hədər getmədi".
Cənubi amerikalı uğur üçün ilk növbədə inman olmasının vacibliyini vurğulayıb: "Məncə, futbolçunun özünü tam olaraq göstərə bilməsi üçün ilk növbədə ona qarşı inam olmalıdır. Hesab edirəm ki, bu amil futbolçuya stimul verir və özünü göstərə bilməsi üçün zəmin yaradır. Bunu "Bakı"ya qarşı oyunda bir daha hiss etdim. Əminliklə deyə bilərəm ki, inam uğurun təminatıdır".
Qutiyerres "Muğan"ın ilk "altılığ"a düşə biləcəyini bildirib: "Əgər itkisiz oynasaq, ilk "altılıq"da yer ala bilərik. Bəzən aparıcı oyunçuların zədəli və ya cəzalı olması komandanın istədiyi kimi oyun qurmasına mane olur. Bu çox önəmli amildir. Komanda həqiqətən yaxşı səviyyədədir və ilk altılığa düşməyə layiqdir".
Ötən mövsümkü "Muğan"la hazırkı komandanı müqayisə edən uruqvaylı futbolçu bunları deyib: "Muğan" ümumiyyətlə çox əzmkar komandadır. Lakin keçən mövsümdə çox gözəl oyun nümayiş etdirməsinə baxmayaraq, rəqib qapısına kifayət qədər yol tapa bilmirdi. Düşünürəm ki, artıq bu problem aradan qalxıb və "Muğan" 2 oyunda 3 dəfə rəqib qapısına qarşı yol tapa bilib. Bu onu deməyə əsas verir ki, tamaşaçılar yeni mövsümdə "Muğan" adı ilə çıxış edən daha güclü komandanı müşahidə edəcəklər".
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video