Almaniyanın “Verder” klubundan İspaniyanın “Real” komandasına transfer olan Almaniya millisinin futbolçusu Məsut Özil “Santyaqo Bernabeu” stadionunda ictimaiyyətə tanıdılıb.
Lent.az-ın məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi yay transfer dövründə bir çox klubdan təklif almasına baxmayaraq, baş məşqçi Joze Mourinyo ilə telefon söhbətindən sonra “kral klubu”nda oynamağa razılıq verdiyini bildirib.
Özil Madrid komandasında oynamaqdan çox məmnun olduğunu və bu fürsəti yaxaladığı üçün qürur duyduğunu söyləyib: “Ən yaxşı klubda olmaq istədim, ona görə buradayam”.
“Real”da Kaka və Kriştianu Ronaldo kimi dünya şöhrətli futbolçuların olduğunu deyən türk əsilli oyunçu onlardan çox şey öyrənə biləcəyini vurğulayıb: “Daha da inkişaf etmək istəyirəm. Gücümə bələdəm və forma üçün savaşacağam. Həm İspaniya çempionluğunu, həm də Çempionlar Liqasını qazana biləcək gücə sahibik. Hər şey çox yaxşı olacaq”.
İspaniyalı jurnalistlərdən birinin “Oruc tutursunuz?” sualına Özil belə cavab verib: “Peşəkar futbolçuyam. Meydançada ən yaxşı oyunumu sərgiləmək üçün özümə diqqət yetirməyim lazımdır. Su içməli və yemək yeməliyəm. Amma boş günüm olsa, oruc tuta bilərəm”.
Qeyd edək ki, Məsut Özil “Real”la 6 illik müqavilə bağlayıb. Onun transferi “kral klubu”na 18 milyon avroya başa gəlib. Özilin özü isə ildə 5 milyon avro qazanacaq.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video