“Borussiya” - “Qarabağ” matçına 45 min bilet satılıb

XƏBƏR 18 Avqust 2010 / 18:02 1889
-  A +

Avrokuboklardakı yeganə təmsilçimiz “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində “Borussiya” ilə keçirəcəyi matça bilet satışı davam edir. Qol.Az-ın Dortmund klubunun rəsmi saytına istinadən məlumatına görə, artıq təmsilçimizin iştirakıyla keçiriləcək görüşə 45 min bilet satılıb. “Siqnal İduna Park” stadionundakı matç üçün 65614 bileti satışa çıxaran “Borussiya” rəhbərliyi kassaların oyun günü saat 19:30-a kimi açıq olmasına qərar verib. Azarkeşlərinin məşhur “Vestfalenştadium”a illik abunələrlə də gələcəklərini düşünən dortmundlular “Qarabağ”la görüşə azı 60 min tamaşaçı gözləyir.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...