“Beşiktaş” da Robinyo xəbərlərini təkzib etdi

“Beşiktaş” da Robinyo xəbərlərini təkzib etdi
XƏBƏR 18 Avqust 2010 / 15:07 2616
-  A +

“Beşiktaş” klubunun mətbuat katibi Mete Düren Robinyonu transfer edəcəklərinə dair xəbərləri yalanlayıb. Qol.Az-ın məlumatına görə, son günlərdə Türkiyə mətbuatında bütün “ağ-qaralı” tərəfdarları həyəcanlandıran “Beşiktaş” Robinyonu almaq istəyir” xəbərlərinə klubdan rəsmən təkzib gəlib: “Robinyo ilə maraqlanmırıq”.
Lakin buna baxmayaraq, “Beşiktaş” rəhbərliyi transfer pəncərəsi bağlanana qədər daha bir hücumçu almaqda maraqlıdır.
Qeyd edək ki, Robinyonun adı Türkiyənin digər klubu “Fənərbaxça” ilə də yanaşı çəkilirdi. “Beşiktaş”a kimi “sarı-lacivərdlilər” də iki dəfə klubun rəsmi saytı vasitəsilə braziliyalı hücumçunu almaq fikrində olmadıqlarını bəyan etmişdilər.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...