“Latsio” Ledesmanı “Qalatasaray”a buraxmadı

“Latsio” Ledesmanı “Qalatasaray”a buraxmadı
XƏBƏR 18 Avqust 2010 / 14:21 1788
-  A +

“Qalatasaray”ın transfer siyahısında olan Kristian Ledesmanın klubu “Latsio”dan İstanbul klubuna arzuolunmaz xəbər gəlib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Roma klubunun rəhbərliyi “Cim Bom”la yanaşı “Yuventus”, “Fiorentina” və “İnter”in də yaxından maraqlandığı Ledesmanı heç bir yerə buraxmadığını bəyan edib.
Ledesmanın çoxlu təklif almasını təsdiqləyən “Latsio”nun idman direktoru İqli Tare bu haqda açıqlamasında onu satmaq niyyətlərinin olmadığını vurğulayıb: “Çoxlu təkliflər aldığı doğrudur. Amma onu satmağı düşünmürük. Ledesma bizim oyun tərzimiz üçün mükəmməl bir oyunçudur. Ledesmanı özəlliklə “Fiorentina” kimi rəqiblərimizə satmaq kimi bir niyyətimiz ola bilməz”.


Dünya Çempionatı 2026
Son xəbərlər
17.07.26  10:30

PSJ-də yeni müqavilə

topaz banner