Roman Pavlyuçenko Azərbaycanla oyunun hazırlığına çağırılmadı

XƏBƏR 29 Yanvar 2009 / 11:00 2516
-  A +

Rusiya milli komandasının baş məşqçisi Quus Hiddink İngiltərənin «Tottenhem» klubunun hücumçusu Roman Pavlyuçenkonu Azərbaycan və Lixtenşteyn komandaları ilə keçiriləcək oyunun təlim-məşq toplanışına dəvət etməyib. Qol.Az-ın məlumatına görə, futbolçu özü bu xəbəri məyusluqla qarşıladığını deyib.  Bununla belə, o, ehtimal edir ki, komandaya dəvət edilməməsi İngiltərə çempionatında oyunlarının çoxluğu ilə bağlı ola bilər. Pavlyuçenko bildirib ki, fevralın 8-də onları «Arsenal»la mühüm görüş gözləyir.
Pavlyuçekno deyib ki, əgər məşqçilər heyəti onu Azərbaycan və Lixtenşteynlə oyuna dəvət etsələr, təklifi məmnuniyyətlə qəbul edəcək.

Daha çox


Son xəbərlər