“Beşiktaş” Avropa Liqasında itkisiz irəliləyir

“Beşiktaş” Avropa Liqasında itkisiz irəliləyir
XƏBƏR 18 Avqust 2010 / 12:41 1973
-  A +

Avropa Liqasının dördüncü - pley-off mərhələsinin ilk oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, bu mərhələnin əksər qarşılaşmaları sabah keçirilməli olsa da, UEFA iki oyunun dünən keçirilməsinə şərait yaradıb.
Pley-off mərhələsinin ilk oyun günü meydan sahiblərinin qələbəsi ilə əlamətdar olub. “Aris” Yunanıstanda, “Beşiktaş” isə Türkiyədə rəqibini məğlub etməyi bacarıb. “Qara qartal” İstanbulda Finlandiya HİK-ni Hilbertin 35-ci, Kuaresmanın isə 66-cı dəqiqədəki qolları ilə məğlub edib. “Aris”ə isə qələbə gətirən yeganə qolu 90-cı dəqiqədə Ruis qazandırıb.

Avropa Liqası (pley-off mərhələsi, ilk oyunlar)

“Aris” (Yunanıstan) – “Austriya” (Vyana, Avstriya) – 1:0

“Beşiktaş” (Türkiyə) – HİK (Finlandiya) – 2:0


Dünya Çempionatı 2026
Son xəbərlər
17.07.26  10:30

PSJ-də yeni müqavilə

topaz banner