“Verder”in türk əsilli alman oyunçusu Məsut Özilin Madrid “Real”ına xeyli müddətdir gözlənilən transferi nəhayət ki, rəsmi təsdiqini tapıb. Qol.Az-ın məlumatına görə, İspaniya klubu uzun sürən görüşmələrin ardından Bremen təmsilçisi ilə anlaşmaya nail ola və Özili rəsmən rənglərinə bağlaya bilib. Madrid klubunun rəsmi internet səhifəsində “Real”ın yeni oyunçusu: Məsut Özil” başlıqlı xəbərdə bu transferin rəsmiləşməsi bəyan olunsa da, keçidin detalları haqqında heç bir bilgi verilməyib.
İspaniya mətbuatı isə “Real”ın Məsutla əvvəldən gözlənildiyi kimi 6 yox, 5 illik sözləşmə imzaladğını iddia edir. Bu keçidə görə, onların qarşı tərəfə 15 milyon avro ödədiyini də vurğulayaq. Qeyd edək ki, Özil futbolçu karyerasına “Şalke 04”də başlayıb. O, 2008-ci ilin yanvarında 4,3 milyon avro qarşılığında “Verder”ə keçib. Bremen komandası ilə 2009-cu ildə ölkə kubokunu qazanan Özil Türkiyə və Almaniya yığmaları arasında seçim edərkən, üstünlüyü Bundestimə verib. Beləliklə, 2009-cu ilin fevralında Almaniya millisində debüt edən türk əsilli futbolçu tezliklə komandanın liderlərindən birinə çevrilib. Özil zədə üzündən 2010-cu il dünya çempionatına yollana bilməyən Mixael Ballakın mövqeyində çıxış edib və yığmanın bürünc medal qazanmasında böyük rol oynayıb.
Onu da əlavə edək ki, Özilin transferində ilk növbədə “Real”ın yeni baş məşqçisi Joze Mourinyo maraqlı olub. O, Kakanın 4 ay yaşıl meydanlardan uzaq qalacağını eşidincə, Məsutun alınmasını israr edib. Türk əsilli oyunçunun gəlişi isə hollandiyalı Rafael Van der Vaartın Madrid klubundakı işini çətinə salıb. Deyilənə görə, orta sahə oyunçuları çox olan Mourinyo Özilin gəlməsi nəticəsində ondan imtina etmək fikrindədir.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov