Avropa Liqasının pley-off mərhələsində Dortmund “Borussiya”sı ilə qarşılaşacaq yeganə təmsilçimizin – “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun almanlarla çətin səfər oyunu ərəfəsində UEFA-nın rəsmi sayıtında açıqlaması dərc olunub. Qol.Az-ın məlumatına görə, o, Ağdam klubunun qrup mərhələsinin bir addımlığında qarşılaşacaqları çətin rəqiblə oyun öncəsi komandasının durumunu dəyərləndirib: “Bilirik ki, Dortmund “Borussiya”sı Almaniyanın sayılıb-seçilən və köklü klublarından biridir. Həmçinin “Borussiya”nın çox çılğın azarkeşləri olduğu haqqında da məlumatımız var. Futbolçularımı bu oyuna kökləmək üçün mən əlimdən gələni etmişəm. Almaniyaya bir neçə gün əvvəl gəlməyimiz də məhz bununla bağlıdır. İnanıram ki, futbolçularımı qarşıdakı oyuna düzgün hazırlaya bilmişəm. Təəssüflə qeyd etməliyəm ki, Avroliqanın təsnifat mərhələsində 5 qola imza atan Əfran İsmayılovun zədələnməsi heyətdə müəyyən problem yaradacaq. Bununla belə, Azərbaycan millisinin almaniyalı baş məşqçisi Berti Foqs bizə Dortmund barəsində yetərincə məlumat verib. İnanıram ki, onun verdiyi informasiyalar bizə oyun zamanı çox kömək olacaq. Mən də öz növbəmdə bu köməyə görə Berti Foqsa təşəkkür edirəm. Biz bütün imkanlarımızdan istifadə edəcəyik ki, Azərbaycana sərfəli nəticə ilə dönək”.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov