"Neftçi" Unibank Premyer Liqasının 2010/11 mövsümündə ilk qələbəsini "Qəbələ" üzərində qazandı. Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, flaqman səfərdə rəqibini 2:0 hesabı ilə məğlub etdi ki, komandanın qollarını 69-cu dəqiqədə Rəşad Abdullayev, 76-cı dəqiqədə isə Bahodir Nasimov vurdu. Bu qələbə sayəsində "ağ-qaralar" "Qəbələ" ilə oyunlarda uğursuzluq seriyasına son qoydu. Belə ki, "Neftçi" son 2 ildə qəbəlililərə qalib gələ bilmirdi. Yaxın keçmişə nəzər saldıqda, flaqmanın "Qəbələ"ni axırıncı dəfə 2008-ci il avqustun 24-də üstələdiyinin şahidi oluruq. Həmin mövsüm baş tutan ikinci görüşdə isə hesab açılmayıb. "Neftçi"nin "Qəbələ" ilə "duel"lərdə ən zəif çıxışı 2009/10 mövsümünə təsadüf edir. Ötən çempionatda "ağ-qaralar" Qəbələ təmsilçisi ilə 4 oyunda cəmi 2 xal toplayıb. Arif Əsədovun rəhbərlik etdiyi kollektivin bu il aprelin 3-də doğma meydanda 1:2 hesablı məğlubiyyəti isə "Neftçi"nin avrokuboklara vəsiqə qazanmaq şansının üzərindən xətt çəkmiş oldu. Məhz doğma divarlar arasındakı məğlubiyyətdən sonra, flaqman çempionatı 5-ci pillədə başa vurdu və avrokuboklara vəsiqə qazana bilmədi. "Neftçi" son görüşdə səfərdə rəqibini aşkar üstün oyunla məğlub edərək, çempionluq yolunda daha bir səddi aşmış oldu.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu