Türkiyə superliqası təmsilçilərindən “Sivasspor”un məşqçisi Hayati Soydaş, “Qalatasaray”ın baş məşqçisi Frank Raykaarddan şikayət etməyə hazırlaşır. Qol.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu haqda Soydaş özü açıqlama verib. O, bildirib ki, hollandiyalı mütəxəssisdən Türkiyə Futbol Məşqçiləri Dərnəyinə şikayət edəcək və qınanılmasını istəyəcək. Bütün bunlara səbəb isə, sözügedən komandalar arasında keçirilən oyun zamanı bu iki şəxs arasında yaşanan gərginlikdir. Soydaş məsələylə bağlı açıqlamasında olaya belə münasibət bildirib: “Raykaard çox aqressiv idi. Bu dərəcədə əsəbi olmasına anlam verə bilmədim. Durduğu yerdə mənə hücum çəkməyə başladı. Halbuki mən ona hansısa yanlış bir hərəkət etmədim. Sadəcə oyunçu dəyişikliyi üçün bir az irəli çıxmışdım. Qapı arxasında isinmə hərəkətləri edən futbolçulara səsimi çatdırmaq üçün fit çaldım. Sonra da yerimə dönmək istədim. Bu anda Raykaard birdən yanıma gəldi. O anda eşidə bilmədiyim sözlər söylədi. Çox təəccübləndim. Amma bunu niyə etdiyini başa düşə bilmədim. Bu günə kimi ona hər cür hörməti göstərmişik. O da eyni hörməti göstərməli, tərbiyəli olmalı idi. Bu hərəkətinə görə, onun qınanması üçün mütləq Türkiyə Futbol Məşqçiləri Dərnəyinə müraciət edəcəm”.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu