“Muğan” son ölkə kubokunun qalibi “Bakı” ilə oyunlardakı uğursuz seriyasına son qoyub. Qol.Az-ın məlumatına görə, bu rəqibi üzərində nəinki qələbə qazana, heç “zolaqlılar”ın qapısından qol da keçirə bilməyən Salyan klubu nəhayət dünən bu uğursuz seriyaların ikisinə də birdən son qoyub.
Qeyd edək ki, 2008/09-cu il mövsümündə yüksək liqaya vəsiqə qazanan "Muğan" dünənə kimi "Bakı" ilə 4 dəfə qarşılaşmışdı. Ölkə çempionatı çərçivəsində baş tutan 4 oyundan ikisi paytaxt klubunun böyükhesablı qələbəsi ilə tarixə düşmüşdü. "Bakı" rəqibini 2 dəfə 4:0 hesabı ilə məğlub etmişdi.
Komandaların ilk rəsmi qarşılaşması 2008-ci ilin 29 noyabr tarixində Salyanda keçirilib. "Bakı" həmin oyunda meydan sahiblərinin qapısından 4 cavabsız top keçirib. Həmin mövsümün cavab oyununda (17 may 2009) da eyni hesab qeydə alınıb. "Bakı" yenə də 4:0 hesabı ilə qalib gəlib.
Ötən mövsüm komandalar daha 2 dəfə qarşı-qarşıya gəliblər. 22 noyabr 2009-cu il tarixdə Salyanda keçirilən oyun "Bakı"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. 20 fevral 2010-cu ildə Tofiq Bəhramov adına Respublika stadionunda oynalınan qarşılaşmada isə qapılara qol vurulmayıb 0:0. Vurulan və buraxılan topların nisbəti də təbii ki, "Bakı"nın xeyrinə idi - 9:0.
Lakin dünən doğma divarlar arasında 1:0 hesabıyla qələbə qazanan salyanlılar nəhayət ki, bu uğursuzluqlara son qoyaraq, öz tarixlərində “siftə” etmiş oldular. Axı bu, onların “Bakı” üzərində ilk qolu və qələbəsi kimi yadda qaldı.
Onu da əlavə edək ki, bu komandalar cari mövsümün ilk turunu eyni hesablı məğlubiyyətlə (2:3) başa vurmuşdular. "Bakı" öz meydanında "AZAL"a, "Muğan" isə səfərdə "MOİK"ə məğlub olmuşdu.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu