Azarkeşlərdən "Neftçi"yə dəstək

XƏBƏR 15 Avqust 2010 / 15:52 2294
-  A +

"Neftçi" "Qəbələ" ilə oyunun hazırlığını başa çatdırıb. Futbolçular dünən axşam saatlarında matçın keçiriləcəyi Qəbələ şəhər stadionunda məşq ediblər. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Flaqman" Azad Azarkeşlər Klubunun üzvləri isə doğma komandaya dəstək olmaq üçün Qəbələyə yollanıblar. Fanatlar bu gün "Neftçi"nin yerləşdiyi otelə baş çəkərək komanda üzvlərinə dəstək olublar. Bakıdan gəlmiş azarkeş ordusu saat 18:00-da start götürəcək "Qəbələ" – "Neftçi" oyununda flaqmanı qələbəyə səsləyəcək.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...