Mövzuya keçmədən bir kiçik qeyd.
Panikaya düşməyək. Bunun üçün də birinci növbədə insanlar arasında təşviş salan veriliş və onların aparıcıları, bu tipli sosial şəbəkə paylaşımları, yazılardan uzaq olaq. Bunu bircə gün yoxlayın, onda beyninizin, əsəblərinizin və ruhunuzun nə qədər sakitləşəcəyini hiss edəcəksiniz. Amma əgər dövlət öz vətəndaşının qeydinə qalıb təkidlə evdə oturmağı tələb edirsə, buna da əməl edək, zərurət olmadan çölə çıxmayaq.
İndi gələk bizə.
Koronavirus dövrünün mediada ən böyük zərbəsi idman mətbuatına dəyib. İctimai-siyasi saytlar bugünlərdə mövzu və xəbər sarıdan korluq çəkmirlər. Amma bütün dünyada yarışların dayandırılması, əsasən də futbolun olmaması saytlarının fəaliyyətinə (digər ölkələrdə də), reytinqinə mənfi təsirini artırmaqdadır. Elektron KİV və TV də daxil olmaqla idman mediası xəbər böhranı mərhələsinə qədəm qoyub. Saytlar oxucularını, TV-lər tamaşaçılarını sürətlə itirirlər. Məsələn, Azərbaycanın ən reytinqli idman saytı olan Qol.az-da son 20 gündə gündə itki 7-8 min İP-ə (ziyarətçi) çatıb. Bunun yaxın gələcəkdə klub reklamlarından asılı olmayan saytın kommersiya reklamlarının azalmasına gətirib çıxaracağı qaçılmazdır. Bütün bunların baş verməsi isə təəccüblü deyil. Çünki futbol (idman) olmayandan sonra oxucu, tamaşaçı marağının aşağı düşəcəyi də təbii idi.
Amma, necə deyərlər, peşəkar media (idman mətbuatı da daxil) bu cür qəfil və gözlənilməz durumlara hazır olmalı, hər durumda ayaqda qalmağı bacarmalıdır. Bunun üçün birinci növbədə həvəsdən düşməmək ən önəmli məqamdır. Təəssüf ki, anlaşılan səbəblərdən indi bir çox idman saytı, jurnalistlər depressiv vəziyyətdədir. Lakin hamı kimi, bizim üçün də ən ağır dövr, imtahan indidir ki, öz gücümüz, iradəmiz və inamımızla bu "qara zolaq"dan çıxacağıq. Yetər ki, dayanmadan, yorulmadan işləyək, yaxşı bir geridönüş edək.
Və futbol...
Pandemiya dövrünün ən böyük iqtisadi zərbələrindən biri bu sektora dəyib. Daha doğrusu, bu, zərbə də deyil, atom bombası kimi bir şeydir. Söhbət ümumən milyardlarla dollardan gedir. Bir fakt. Artıq gəliri əsasən teleyayım, reklamlar və digər kommersiya fəaliyyətindən olan İngiltərə Premyer Liqası bəyan edib ki, yarış bərpa edilməsə, itki 1,137 milyard funt təşkil edəcək. Ağlasığmaz faktdır. Gedişat göstərir ki, futbolçuların maaşları kəskin azalacaq, bütün ölkələrdə oyunçuların qiyməti aşağı düşəcək. Kasıb bir dövr başlayacaq.
Gələk, bizim Premyer Liqaya.
Səkkiz komandadan dördü - “Neftçi, “Keşlə”, “Sumqayıt”, “Səbail” tam, biri - “Sabah” isə qismən SOCAR-dan maliyyələşir. Pandemiyaya görə dünya bazarında neftin qiymətinin son 18 ildə kəskin səviyyədə aşağı düşməsi, şübhəsiz, apreldən başlayaraq bu şirkətin gəlirlərinin daha da azalması ilə nəticələnəcək. Bu da təbii ki, zəncirin bir halqası olan futbolumuza da önəmli zərbə vuracaq. Ona görə də yeni mövsümdən bütün klubların büdcəsinin az olmayan həcmdə azaldılacağını ehtimal etmək çətin deyil.
O cümlədən digər böyük şirkətlərin sponsorluq etdiyi “Qarabağ”, “Qəbələ” və “Zirə”nin maliyyəsi azalacaq. Yalnız ola bilər ki, qida sektorundan “Azərsun”un sponsoru olduğu “Qarabağ” da büdcə çox ixtisar edilməsin. Amma indiki narahatlıq təkcə klubların büdcəsi ilə bağlı deyil. Bilindiyi kimi, koronavirusa qədərki dövrdə Premyer Liqamızda 2 bölgə klubu cəlb edilməklə 10 komandanın iştirak edəcəyi gözlənilirdi. Məlum məsələlərdən bu proses bir il təxirə salına bilər. Daha da önəmlisi odur ki, yeni mövsümdə indiki 8 komandanın hamısını saxlamaq mümkün olacaqmı?
“Qəbələ” və “Səbail”də durum pandemiyaya qədər də yaxşı deyildi. Bəs, sabah necə olacaq? Ciddi zərər görən sponsorlar onlara pul ayıracaq? Məsələ burasındadır ki, bu sualların cavabını nə biz bilirik, nə klublar, nə də pulu ayıran sponsorlar...
Nəhayət, millli komanda.
Hazırda AFFA yeni baş məşqçi axtarışıdadır. Həmin mütəxəssisin tanınmış əcnəbi məşqçi olacağına dair qeyri-rəsmi məlumatlar var. Amma bu çətin durumda bahalı müqavilə bağlamaq ən riskli addım, göz görə-görə böyük maliyyə itkisinə getmək olar. Deməli, indiki halda çox maaş almayacaq bir yerli məşqçi seçmək maddi olaraq da, mənəvi tərəfdən də ən uğurlu variant olar.
Allah köməyimiz olsun!
Aydın BAĞIROV
[email protected]
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi
"Qaradağ Lökbatan"dan səfər qələbəsi - Video
Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib
"Dinamo" - "Qusar" matçında 4 qol - Video
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın