İlqar Qurbanov üçün “11”, Ernani Pereyra üçün “26”

XƏBƏR 14 Avqust 2010 / 22:24 2419
-  A +

Türkiyənin Bank Asya birinci liqasında mübarizə aparan və ilk altı komanda sırasına düşməyi qarşısına məqsəd qoyan “Mersin İdman Yurdu”nda cari mövsümdə çıxış edəcək oyunçuların rəsmi nömrələri açıqlanıb. Qol.Az-ın qardaş ölkə mətbuatına istinadən məlumatına görə, sözügedən klubda top qovacaq həmyerlimiz İlqar Qurbanovla milliləşdirilmiş legioner, millimizin sabiq müdafiəçisi Ernani Pereyranın da hansı nömrəli formanı geyəcəyi dəqiqləşib. Hazırda AZAL adlanan “Olimpik-Şüvəlan”ın sabiq üzvü Ilqar Qurbanov özünə 11 nömrəli formanı seçdiyi halda, “Karvan”ın keçmiş müdafiəçisi Pereyra “26”-nı seçib.


Dünya Çempionatı 2026
Son xəbərlər
17.07.26  10:30

PSJ-də yeni müqavilə

topaz banner