“Komandada işlərim yaxşı gedir. “İnter”ə transfer olunmamışdan öncə komandanın əksər üzvlərini tanıyırdım və buna görə də kollektivə uyğunlaşmağımda heç bir problem olmadı”. Qol.Az-ın məlumatına görə, bu sözləri son ölkə çempionu “İnter”in estoniyalı oyunçusu Dmitri Kruqlov deyib.
Paytaxt klubunun azarkeş saytına danışan futbolçu “İnter”ə uğur qazanmaq üçün gəldiyini deyib: "Təbii ki, mən komandaya uğur qazanmaq üçün gəlmişəm. Buna görə də hər oyunda komandamın qələbə qazanması üçün bütün varlığımla əlimdən gələni etməyə hazıram. İlk turda qol vurduğum epizoda gəlincə, sağ cinahdan David Odikadze rəqibin cərimə meydançasına hava ötürməsi verdi. Mən isə öz növbəmdə topu sinəmlə saxlayıb, qapının uzaq küncünə qüvvətli zərbə endirdim. Çempionatın ilk oyunu olduğu üçün qələbə qazanmağımız vacib idi. Oyun heç də asan keçmədi, lakin komanda qələbə qazandığı üçün demək olar ki, biz məqsədimizə çatdıq. MOİK-lə oyuna da həmişəki qaydada hazırlaşırıq”.
Estoniya yığmasının heyətində Farer adalarına qarşı oynayan Kruqlov həmin oyunla bağlı da danışıb: “Milli komandanın şərəfini qorumaq hər bir futbolçunun arzusudur və mən Estoniya millisinin şərəfini qoruduğum üçün fəxr edirəm. Milliyə çağırılmaq beynalxalq təcrübənin artırılması deməkdir. Yığmanın heyətində qələbə qazanmaq mənə çempionatda uğurlu çıxış etmək üçün əlavə stimul və güc verdi”.
Kruqlov azarkeşləri sevindirəcəklərinə də söz verib: “Biz bu mövsüm məzmunlu və məhsuldar oyun sərgiləməklə, uğurlu nəticələr əldə edib, azarkeşlərimizi sevindirməyə çalışacağıq. Arzum budur ki, azarkeşlərimizin sayı artsın və onlar ev və səfər oyunlarıda daim bizi dəstəkləsinlər. Biz birlikdə güclüyük. Yalnız belə olan halda komanda uğurlu nəticələr əldə edə bilər”.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar