Raul: “Şalke”yə gəlməklə ən doğru qərarı vermişəm”

Raul: “Şalke”yə gəlməklə ən doğru qərarı vermişəm”
XƏBƏR 14 Avqust 2010 / 16:16 2144
-  A +

Madrid “Real”ının dünya şöhrətli sabiq ulduzu Raul “Şalke”yə transferini dəyərləndirib. Qol.Az-ın məlumatına görə, qolçu futbolçu Almaniyada çox xoşbəxt olduğunu vurgulayıb: “Bura gəlməklə nə qədər doğru addım atdığımız günlər keçdikcə daha yaxşı anlayıram. Düzdür “Real”da qala bilərdim. Çünki orda 16 il keçirdim. Ancaq ailəm də, mən də yeni bir həyəcan istəyirdik. Düşünürəm ki, bu cəhdi bu il həyata keçirməsəydik, bir daha edə bilməyəcəkdik”.
“Şalke”nin uğurları üçün elindən gələni edəcəyini sözlərinə əlavə edən Raul daha sonra bunları vurğulayıb: “Çempionluq istəyirik. Maqatın rəhbərliyi altında bunu həyata keçirə biləcək gücümüz var. O, həqiqətən də böyük məşqçidir”.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...