Maurinyolu “Real” “Bavariya”nı penaltilərlə üstələdi

Maurinyolu “Real” “Bavariya”nı penaltilərlə üstələdi
XƏBƏR 14 Avqust 2010 / 13:54 2051
-  A +

İspaniya nəhəngi Madrid “Real”ı Almaniyanın əfsanəvi futbolçusu Frans Bekkenbauerin şərəfinə təşkil edilmiş kubok çərçivəsində bu ölkənin “Bavariya” klubu qarşılaşıb. Madridlilərin yeni çalışdırıcısı Joze Mourinyo Münhen klubu ilə dueldən penaltilərlə qalib ayrılıb. Çünki matçın əsas vaxtında hesab açılmayıb. Düzdür, oyunun 6-cı dəqiqəsində “Real”ın qapısına penalti təyin olunsa da, İspaniya yığma komandasının qapıçısı İker Kasilyas Holger Badştuberin zərbəsini dəf edərək komandasını qoldan xilas edib. Matçdan sonra təyin olunan penalti zərbələrini isə "Real"ın futbolçuları daha dəqiq yerinə yetiriblər - 4:2.
Qeyd edək ki, “Bavariya” – “Real” matçında ispanların heyətində Rikardo Karvalyo və Sami Xedira debüt edib.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...