“Muğan” Salyana yeni transferiylə birgə yola düşdü

“Muğan” Salyana yeni transferiylə birgə yola düşdü
XƏBƏR 14 Avqust 2010 / 12:51 1929
-  A +

Unibank Premyer Liqasının oyunlarına paytaxtda hazırlaşan “Muğan” dünən günorta saatlarında Salyana yola düşüb. Qol.Az-ın bölgə klubunun rəsmi saytına istinadən məlumatına görə, komanda baş məşqçi Almir Hurtiçin rəhbərliyi altında “Bakı” ilə matçöncəsi hazırıqlarını doğma divarlar arasında davam etdirəcək.
Komanda üzvləri artıq dünən axşam saatlarında Salyanda ilk məşqinə çıxıb. Bu gün axşam saatlarında keçiriləcək növbəti məşqdən sonra komanda matç saatına qədər dinlənəcək. Qeyd edək ki, salyanlıların yeni transferi Anxel Qutyerres də dünən komanda ilə birgə Salyana yola düşüb və “Muğan” forması ilə ilk məşqinə çıxıb. Təcrübəli futbolçunun sabah “Bakı”ya qarşı keçiriləcək matçda start heyətində yer alması istisna olunmur.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...