AFFA-nın Lisenziyalaşdırma qrupunun seminarı keçirildi

XƏBƏR 28 Yanvar 2009 / 16:41 2791
-  A +

Bu gün AFFA-nın inzibati binasında “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə milli vəsait”ə uyğun olaraq, klublarda təhlükəsizlik məsələlərinə məsul şəxslər üçün seminar keçirilib. AFFA-nın Lİsenziyalaşdırma qrupunun rəhbər müavini İlqar Əliyev, AFFA-nın Təhlükəsizlik və İnfrastruktur üzrə baş mütəxəssisi Ağamehdi Mehdiyev, Peşəkar Futbol Liqasının Təhlükəsizlik Şöbəsinin rəisi Hüseyn Şirəliyevin iştirakı ilə keçirilən seminarda oyunlar zamanı təhlükəsizlik tədbirlərinin görülməsinin vacibliyi nümayəndələrin diqqətinə çatdırılıb. Ölkədaxili, eləcə də beynəlxalq yarışlar zamanı təhlükəsizliklə əlaqədar həyata keçirilməsi vacib olan tədbirlər, bu sahədə son vaxtlar tətbiq olunan yeniliklər barədə geniş məlumat verilib.


Son xəbərlər