“Xəzər Lənkəran”ın yeni transferinin həyat yoldaşı azərbaycanlı imiş

“Xəzər Lənkəran”ın yeni transferinin həyat yoldaşı azərbaycanlı imiş
XƏBƏR 13 Avqust 2010 / 22:20 2769
-  A +

“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Mirça Rednikin gəlişindən sonra transfer olunan futbolçulardan birinin həyat yoldaşı azərbaycanlı imiş. Qol.Az-ın məlumatına görə, cənubluların latviyalı qapıçısı Denis Romanov həmyerlimizlə ailə həyatı qurub. Bu haqda “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov saytımıza xəbər verib. Lakin Romanovun xanımıyla harda tanış olduğu, neçə ildi ailə qurduqları bəlli deyil.
Qeyd edək ki, 1978-ci il təvəllüdlü Romanov cənub klubuna Çexiya Premyer Liqasında çıxış edən Praqa “Slaviya”sından gəlib. “Slaviya”dan qabaq o, Rumıniyanın “Dinamo” (Buxarest) komandasının qapısını qoruyub. Karyerası ərzində Latviya “Ditton”unda (2006), “Ventspils”də (2000-2005) və “Valmiera”da da (1999-2000) forma geyib. Cənublularla 2 illik müqavilə imzalayan Romanov həmçinin latış, rus, ingilis və çex dillərində danışmaq qabiliyyəti ilə də seçilir.


Dünya Çempionatı 2026
Son xəbərlər
17.07.26  10:30

PSJ-də yeni müqavilə

topaz banner