Rivaldo İspaniyaya qayıdacağı haqda xəbərləri təkzib etdi

XƏBƏR 13 Avqust 2010 / 15:48 1918
-  A +

Braziliya millisinin sabiq futbolçusu Rivaldo İspaniya “Malyorka”sına keçidi haqda yayılan xəbərləri təkzib edib. Qol.Az-ın məlumatına görə, Özbəkistan “Bunedkor”u ilə başa çatan müqaviləsini yeniləmək istəməyən futbolçu gələcək karyerası ilə bağlı qərar vermədiyini və Braziliyaya qayıtdığını bildirib: “Mənim hansısa kluba keçəcəyimlə bağlı yazılanlar boşboğazlıqdan başqa bir şey deyil. Hazırda mən klubsuz oyunçuyam və Braziliyaya gedirəm”.


Dünya Çempionatı 2026
Son xəbərlər
17.07.26  10:30

PSJ-də yeni müqavilə

topaz banner