Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatında uğursuzluğa məruz qalan Kamerun milli komandasının baş məşqçi postunda dəyişiklik edilib. Qol.Az-ın məlumatına görə, mundialdakı uğursuzluqdan sonra fransalı mütəxəssis Pol Le Quenlə yollarını ayıran afrikalılar yenə əcnəbi mütəxəssislə işbirliyi qurmağı qərara alıb. Kamerun Futbol Federasiyasının rəhbərliyi bu dəfə ispaniyalı Xavyer Klementenin xidmətindən yararlanmağa üstünlük verib. 60 yaşlı çalışdırıcı ilə iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, Klemente vaxtilə İspaniya və Serbiya yığmalarına rəhbərlik edib. O, Avro-2008-in seçmə mərhələsində Azərbaycan milli komandasına da rəqib olub. Onun rəhbərlik etdiyi Serbiya millisi 2006-cı il sentyabrın 2-də Belqradda 1:0, 2007-ci il oktyabrın 17-də Bakıda isə 6:1 hesabı ilə qalib gəlib. Həmin oyun yığmamızın seçmə mərhələlərdəki ən ağır ev məğlubiyyətidir.
PSV-dən yeni rekord
PSJ-dən rekord göstərici
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi
"Barselona"nın baş məşqçisindən sərt reaksiya
"Neftçi" Yevlaxdan 3 xalla qayıtdı - Video
Premyer Liqada ayın qolunun qalibi mükafatlandırıldı
Bundesliqa futbolçusu İngiltərə klublarının hədəfində