"Neftçi"nin 8 futbolçusu Almaniya ilə oyuna çağırıldı

"Neftçi"nin 8 futbolçusu Almaniya ilə oyuna çağırıldı
XƏBƏR 13 Avqust 2010 / 12:06 2415
-  A +

Avqustun 15-dən 21-dək Sumqayıt şəhərində təlim-məşq toplanışı keçəcək Azərbaycanın 17 yaşlılardan ibarət yığması ardından Litvanın Palanqa şəhərinə yollanacaq. Qol.Az-ın məlumatına görə, milli komandamız orada 21-29 avqust aralığında beynəlxalq turnirdə mübarizə aparacaq. 17 yaşlılarımız Litvadan birbaşa Almaniyaya gedəcək və Hannover şəhərində bir həftəlik təlim-məşq toplanışında olacaq. Hazırlıq prosesi çərçivəsində Azərbaycan və Almaniyanın U-17 milli komandaları arasında yoldaşlıq görüşünün təşkili də nəzərdə tutulub.
Təlim-məşq toplanışlarında, beynəlxalq turnirdə və yoldaşlıq görüşündə iştirak etmək üçün "Neftçi"nin 8 futbolçusu milli komandamızın heyətinə dəvət olunub. Paytaxt klubunun rəsmi saytının xəbərinə görə, Emil Balayev, Məqsəd İsayev, Tural Məmmədli, Cavid Muxtarzadə, Taleh Kərimov, Samir Rüstəmli, Əyyub Əliyev və Elşən Abdullayev avqustun 15-də yığmanın düşərgəsinə qoşulacaqlar.

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...