Unibank Premyer Liqasının 2-ci turu çərçivəsində üz-üzə gələcək Zaqatalanın “Simurq” klubu “Xəzər Lənkəran”la ölkə çempionatlarında 9-cu dəfə münasibətlərini ayırd edəcəklər. Qol.Az-ın Lənkəran klubunun rəsmi saytına istinadən məlumatına görə, qarşıdakı görüş Mirça Rednikin komandasının Premyer Liqanın 2010/11 mövsümündə ilk səfər oyunu olacaq. Cənublular indiyədək keçirilən 8 matçın heç birində uduzmayıb. “Simurq”la matçların aşkar favoriti olan “Xəzər Lənkəran” bu 8 qarşılaşmada 5 qələbə qazanıb və yalnız 3 dəfə 1 xalla kifayətlənib.
Cənublular son oyunlarla bağlı da uğurlu seriyaya malikdir. Belə ki, komandalar arasında keçirilən son 3 oyunun yalnız bir qalibi olub – “Xəzər Lənkəran”. 2008-ci ildən sonra “Simurq”u xala da həsrət qoyan lənkəranlılar indiyə qədərki bütün oyunlarda zaqatalalıların qapısına qol vurub.
2006/07 mövsümü
21.08.2006. “Simurq” – “Xəzər Lənkəran” - 0:1
21.02.2007. “Xəzər Lənkəran” - “Simurq” - 1:1
2007/08 mövsümü
02.12.2007. “Xəzər Lənkəran” - “Simurq” - 2:1
28.05.2008. “Simurq” – “Xəzər Lənkəran” - 1:1
2008/09 mövsümü
29.11.2008. “Simurq” – “Xəzər Lənkəran” - 2:2
16.05.2009. “Xəzər Lənkəran” - “Simurq” - 3:1
2009/10 mövsümü
24.10.2009. “Xəzər Lənkəran” - “Simurq” - 3:0
09.02.2010. “Simurq” – “Xəzər Lənkəran” - 1:2
“Simurq” – “Xəzər Lənkəran” görüşlərində meydan amili də az əhəmiyyət kəsb etmir. Evdə 3, səfərdə 2 qələbə qazanan cənublular rəqibi ilə oyunların balansına görə böyük fərqlə öndədir. “Simurq”un meydanında 4 oyunda 2 qələbə və 2 heç-heçəyə sevinən qonaqlar top fərqində də öndədir – 6:4. Lənkəranda isə komandalar arasındakı fərq daha böyükdür. Burada meydan sahibləri 3 qələbə qazanıb və yalnız 1 dəfə heç-heçə ilə kifayətləniblər. Top fərqində isə onlar qonaqları 3 qat üstələyir – 9:3. Ümumilikdə, 8 matçda 5 qələbə qazanan “Xəzər Lənkəran” 3 dəfə 1 xal aldığı rəqibinin qapısına 15 qol vurub əvəzində 7-ni buraxıb.
Evdə 4 3 1 0 9-3
Səfərdə 4 2 2 0 6-4
Cəmi 8 5 3 0 15-7
Qeyd edək ki, “Simurq” – “Xəzər Lənkəran” oyunu avqustun 15-də keçiriləcək.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar