TFF rəsmisi: “Azərbaycanla Bakıdakı oyundan çəkinirəm”

TFF rəsmisi: “Azərbaycanla Bakıdakı oyundan çəkinirəm”
XƏBƏR 12 Avqust 2010 / 16:36 2366
-  A +

AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Türkiyə Futbol Federasiyasında əsas milli komandaya cavabdeh olan Levent Kızıl maraqlı açıqlama verib. Qol.Az-ın məlumatına görə, “ay-ulduzlar”ın ilk 4 oyuna 10 xal toplamalı olduğunu bildirən Kızıl bunu bacaracaqları halda böyük üstünlük əldə edəcəklərinə inandığını vurğulayıb. Qrup mərhələsində Qazaxıstan və Belçikanı məğlub edib, Almaniyaya 6 xalla yollanmağı düşünən Kızıl yığmamızla Bakıda keçiriləcək oyunun da təhlükəli olacağını istisna etməyib: “Avropa çempionatına getmək şansımız yenə yüksəkdir. Almaniya çox ciddi rəqibdir. Avstriya və Belçika isə yaxşı komandalardır. Azərbaycanla səfərdə oynayacağımız oyundan da çəkinirəm. Ona görə də, ilk 4 oyunda 10 xal toplasaq, bu, bizim üstünlüyümüz olacaq”.


Dünya Çempionatı 2026
Son xəbərlər
17.07.26  10:30

PSJ-də yeni müqavilə

topaz banner