“Gəncə” latviyalı futbolçunu sınayır

“Gəncə” latviyalı futbolçunu sınayır
XƏBƏR 12 Avqust 2010 / 15:23 1791
-  A +

Premyer Liqanın debütantı “Gəncə” “transfer pəncərəsi” bağlanana kimi heyətinə daha bir neçə oyunçu qatmağı planlaşdırır. Qol.Az-ın məlumatına görə, artıq baş məşqçi Fuad İsmayılov yeni bir legioneri sınamaqla məşğuldur. Bu, 26 yaşlı latviyalı Laurenas Renaviçyusdur. Ampluaca dayaq yarımmüdafiəçisi olan futbolçu son mövsümü vətənində “Yelqava”da keçirib. Dünən “Gəncə” ilə ilk məşqə çıxan Renaviçyus haqda yekun qərar yaxın günlərdə verilməlidir.
İki gün sonra isə Gəncəyə İrandan daha bir yarımmüdafiəçinin gələcəyi gözlənilir.

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...