“Fənərbaxça” heyətində islahatlar aparmağa hazırlaşır

“Fənərbaxça” heyətində islahatlar aparmağa hazırlaşır
XƏBƏR 12 Avqust 2010 / 14:37 2657
-  A +

Türkiyənin 3 nəhəng klubundan biri hesab olunan “Fənərbaxça” heyətində islahatlar aparmaq istəyir. Qol.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “sarı-lacivərdlilər” heyətini yeni transferlərlə gücləndirmək fikrindədir. Bu yolda atılası ilk addım isə hazırda komandanın sıralarında olan bəzi futbolçularla vidalaşmaqdır. Həmin "qara siyahı"ya isə Kolin Kazım, Deyvid, Daniel Quiza, Öndər Turacı və qolkiper Volkan Babacan kimi oyunçular salınıb.
Ötən mövsüm Fransanın "Tuluza" klubuna icarəyə verilən Kazımın göndərilməsi ilə bağlı "Fənərbaxça" rəhbərliyi ilə baş məşqçi Aykut Kocaman arasında fikir ayrılığı yoxdur. Əsas qapıçı Volkan Dəmirələ uzun müddətdən bəri alternativ arayan "Fənərbaxça" ehtiyat qapıçı Volkan Babacanı komandadan uzaqlaşdırıraq onun yerinə "Ankaragücü" ilə müqaviləsinin vaxtı başa çataraq azad agent statusu alan Serkan Karanfili almaq istəyir. Digər oyunçuların aqibətinin necə olacağını isə hadisələrin qarşıdakı günlərdəki inkişafı göstərəcək.

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...