Rivaldo yenidən İspaniyaya qayıdır

Rivaldo yenidən İspaniyaya qayıdır
XƏBƏR 12 Avqust 2010 / 13:02 2474
-  A +

Hazırda Özbəkistan çempionatında mübarizə aparan “Bunyodkor”un formasını geyinən Brazilya millisinin sabiq ulduzu Rivaldo iş yerini dəyişmək fikrinə düşüb. Qol.Az-ın məlumatına görə, təcrübəli futbolçu karyerasını yenidən İspaniyada davam etdirmək istəyir. Vaxtilə “Barselona”nın şərəfini qorumuş Rivaldo hazırda “Malyorka” ilə danışıqlar aparır.
İspaniya mətbuatının yaydığı məlumata görə, 38 yaşlı oyunçu Özbəkistan klubundan ayrılmaq üçün illik 2 milyon avro tələb edir. Ancaq “Malyorka”nın ona bu qədər maaş verməkdə çətinlik çəkdiyi bildirilir. Əgər braziliyalı ulduz maaşında endirimə razı olarsa, onda bu keçidin gerçəkləşməsi realdır.
Qeyd edək ki, La Liqadan ayrıldıqdan sonra “Milan”, “Kruzeyro”, “Olimpiakos” və AEK formalarını da geyib.

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...