UEFA “Lex”in oyununa azərbaycanlı hakim-inspektoru göndərir

UEFA “Lex”in oyununa azərbaycanlı hakim-inspektoru göndərir
XƏBƏR 12 Avqust 2010 / 12:47 2025
-  A +

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Murad Məmmədova yeni təyinat gəlib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində avqustun 19-da, Dnepropetrovsk şəhərindəki Dnepr-Arenada keçiriləcək «Dnepr» - «Lex» oyununun hakim-inspektoru Murad Məmmədov olacaq.
Qeyd edək ki, “Lex” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində təmsilçimiz “İnter”in rəqibi olmuş və “bankirlər”i mübarizdən kənarlaşdırmışdı.

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...