Borets kapitan oldu, komandası Lomayanın qapısına yol tapa bilmədi

Borets kapitan oldu, komandası Lomayanın qapısına yol tapa bilmədi
XƏBƏR 12 Avqust 2010 / 12:18 2087
-  A +

“Bakı”nın futbolçusu Vadim Borets Moldova yığmasını kapitan kimi meydana çıxarıb. Qol.Az-ın məlumatına görə, yarımmüdafiəçi yığmasının Gürcüstanla yoldaşlıq oyununda 90 dəqiqə oynamaqla yanaşı, kapitan sarğısını da daşıyıb.
Vadimdən başqa, Unibank Premyer Liqasında çıxış edən daha 1 futbolçu qolsuz heç-heçə ilə bitən qarşılaşmanın iştirakçısı olub. Bu, “İnter”in qapıçısı Georgi Lomayadır. Gürcüstan yığmasının qapısını toxunulmaz saxlayan futbolçu da 90 dəqiqə meydanda olub. Yığmaya dəvət alan “Bakı” və Moldova yığmasının digər futbolçusu Aleksey Savinov isə ehtiyat oyunçular skamyasında qalıb.
Artıq ölkəmizi tərk edən 2 futbolçu isə sonradan meydana daxil olublar. Moldovalı Anatoli Doroş 73, gürcüstanlı Tornike Aptsiauri isə 64-cü dəqiqədə komanda yoldaşlarını əvəzləyiblər.

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...