AÇ-nin seçmə mərhələsinə Kruqlovun iştirakıyla start verildi

AÇ-nin seçmə mərhələsinə Kruqlovun iştirakıyla start verildi
XƏBƏR 12 Avqust 2010 / 11:46 2029
-  A +

2012-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə start verilib. Qol.Az-ın məlumatına görə, əksər yığmaların gələn ay mübarizəyə başlayacağı yarışın ilk oyunu Estoniyada keçirilib. C qrupunda yer alan estonlar doğma meydanda Farer adalarını qəbul ediblər. Oyuna uğursuz başlayan meydan sahibləri sonda əzmkar qələbəyə seviniblər. Özü də uzatma dəqiqələrində vurulan qollarla.
Qeyd edək ki, seçmə mərhələnin açılış oyununda Unibank Premyer Liqasının da təmsilçisi olub. Bu mövsümə kimi “Neftçi”nin şərəfini qoruyan “İnter”in futbolçusu Dmitri Kruqlov Estoniya yığmasının start heyətində meydana çıxıb. Lakin komandası qələbə qollarını o meydandan çıxandan sonra vurub. Çünki Dmitri 70-ci dəqiqədə yerini oyundaşına vermək məcburiyyətində qalıb.

AÇ-2012-nin seçmə mərhələsi
C qrupu

Estoniya – Farer adaları – 2:1
Qollar: Saaq, 90+1, Piroya, 90+3 – Edmundsson, 28.

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...