FİFA prezidenti Yozef Blatter Şimali Koreya yığmasının oyunçuları və məşqçiləri ilə sərt rəftar olunduğu barədə xəbərlərin araşdırılmasına başlanıldığını elan edib. "Associated Press"in verdiyi məlumata görə, ali futbol qurumu KXDR Futbol Federasiyasına etdiyi müraciətdə milli komandanın 2010-cu il Dünya çempionatında uğursuz çıxışı ilə əlaqədar oyunçu və məşqçilərin cəzalandırıldığına dair faktlara aydınlıq gətirilməsini xahiş edib.
Bununla yanaşı, FİFA KXDR Futbol Federasiyasına yeni prezident seçkisi haqda məlumat almaq istəyir. Blatter bildirib ki, ali futbol qurumu gələcək addımlarını Şimali Koreya tərəfindən alacağı cavaba əsasən müəyyənləşdirəcək.
2010-cu ilin iyulunda "Free Asia" radiostansiyası xəbər verib ki, KXDR yığmasını ölkə rəhbərliyi ilə görüşə çağırıblar. Həmin görüşdə futbolçulara töhmət elan olunub, sonra isə onları baş məşqçi Kim Çon Xona qarşı çıxmağa vadar ediblər. Radiostansiya KXDR-dəki adı açıqlanmayan mənbəyə və ölkədə baş verənlərdən xəbərdar olan çinli biznesmenə istinad edib. Futbolçuların hökumət üzvləri ilə görüşü haqda Şimali Koreya KİV-lərində informasiya verilməyib və Cənubi Koreyanın kəşfiyyat orqanları tərəfindən təsdiqlənməyib. Avqustun əvvəlində Cənubi Koreyanın “Çoson ilbo” qəzeti Kim Çon Xonun tikintidə 14 saatlıq islah işlərinə məhkum olunduğunu və onun KXDR-in Əmək Partiyasından xaric edildiyini yazıb.
Asiya Futbol Konfederasiyasının prezidenti Məhəmməd ibn-Həmmam isə bildirib ki, iyulda KXDR yığmasının 4 futbolçusu ilə söhbət edib və onların heç biri sərt davranışa məruz qaldıqlarını deməyib. Həmmam oyunçuların işgəncə və ya buna bənzər cəzaya məruz qalmalarına dair xəbərləri təsdiqləyə bilməyəcəyini söyləyib.
Qeyd edək ki, Dünya çempionatında KXDR millisi G qrupunda keçirdiyi hər 3 görüşü uduzaraq, 1/8 finala çıxa bilməyib. Şimali koreyalılar Braziliyaya 1:2, Portuqaliyaya 0:7, Fildişi Sahilinə isə 0:3 hesabı ilə yeniliblər.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi