“Qarabağ” və “İnter”in oyunçuları darmadağın edildi

“Qarabağ” və “İnter”in oyunçuları darmadağın edildi
XƏBƏR 12 Avqust 2010 / 11:26 2574
-  A +

Unibank Premyer Liqasında çıxış edən iki futbolçu darmadağınla üzləşib. Qol.Az-ın məlumatına görə, Latviya millisi Çexiya yığması ilə səfərdə keçirdiyi yoldaşlıq oyununda meydandan 1:4 hesablı məğlubiyyətlə ayrılıb.
Latviya yığmasının baş məşqçisi “Qarabağ”ın yarımmüdafiəçisi Andreys Rubins və “İnter”in hücumçusu Girts Karlsonsa start heyətində yer verib. Rubins 46-cı dəqiqədə Yurijs Ziqayevslə əvəzlənib. Karlsonsu isə 59-cu dəqiqədə Aleksandrs Kauna əvəz edib.
Çexiyanın qollarına Roman Bednar, Martin Fenin, Zdenkk Pospeç və Tomaş Neçid imza atıb. Latviya yığmasının təsəlli qolunu isə 90+2-ci dəqiqədə Karlsonsu əvəzləyən Kauna rəqib qapısından keçirib.


Dünya Çempionatı 2026
Son xəbərlər
17.07.26  10:30

PSJ-də yeni müqavilə

topaz banner