Avropa Liqasındakı yeganə təmsilçimiz “Qarabağ”ın Almaniya “Borussiya”sı ilə Bakıdakı oyununu belçikalı Serge Qumyenninin idarə edəcəyi məlumdur. Qol.Az-ın məlumatına görə, 1972-ci ildə aprelin 14-də Sent-Truden şəhərində anadan olan ədalət təmsilçisi Belçikanın birinci, ikinci divizion, eləcə də ölkə kuboku oyunlarını idarə edir. Belçikanın əsas divizionunda 160-dan çox oyunda söz sahibi olub. Bununla yanaşı, o həm də Hollandiya Liqası, İntertoto kuboku, UEFA Avroliqası və Çempionlar Liqasında da oyunlara mütəmadi təyinat alır.
Sözügedən hakim ölkəmiz üçün heç də yad hakim deyil. Qumyenni 2004-cü il Avropa Çempionatının seçmə mərhələsində Azərbaycan – Uels arasındakı oyunu idare edib. Bu matçda Rəşad Sadıqovla Fərrux İsmayılova sarı vərəqə göstərən referi komandamızın 0:2 hesablı məğlubiyyətinə şahidlik edib. 2009-cu il martın 28-də isə belçikalı ədalət təmsilçisi Rusiya-Azərbaycan oyununu idarə edib. Bu matçda oyunçularımızdan Saşa Yunisoğlu, Vüqar Nadirov, Rail Məlikov ilk hissədə, Samir Abbasov isə fasilədən sonra sarı vərəqə ilə cəzalandırılıb. Qarşılaşma isə Rusiyanın 2-0 hesablı qələbəsi ilə nəticələnib.
Qumyenni yığmamızla yanaşı klublarımızın da oyununu idarə edib. Özü də millimizdən fərqli, belçikalı klubumuzun mərhələ keçməsinə şərait yaradan qələbəsinə şahidlik edib. Referi 2009-cu ildə Tofiq Bəhramov adına Respublika stadionunda Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Bakı” – “Ekranas” cavab qarşılaşmasını idarə edib və bu matçda komandamız 4-2 hesablı qələbə qazanıb.
Son illər Avropada önəmli qarşılaşmalarda baş hakim vəzifəsini yerinə yetirən FİFA referisi Qumyenni Çempionlar Liqasında 2006-2007-ci il mövsümündə “Real” (Madrid) – “Bavariya”, “Çelsi” – “Valensiya”, növbəti mövsümdə “Roma” – “Mançester Yunayted”, bu il isə “Arsenal” – “Porto” və “Barselona” – “İnter” (Milan) matçlarına təyinat alıb. 2008-2009–cu ildə UEFA Avroliqasında “Hamburq” – “Verder” (Bremen) oyununda əsas söz sahibi olub.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi