Yığmamızın rəqibi ciddi itki ilə üzləşdi

Yığmamızın rəqibi ciddi itki ilə üzləşdi
XƏBƏR 11 Avqust 2010 / 16:42 2084
-  A +

AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Avstriya yığması ciddi itki ilə üzləşib. Qol.Az-ın məlumatına görə, rəqibimizin kapitanı Mark Yanko bu gün İsveçrə ilə keçiriləcək yoldaşlıq oyununda iştirak edə bilməyəcək. Buna 27 yaşlı hücumçunun baldır əzələsindəki zədə səbəb olub. Yığmamızın hücumçusu Vaqif Cavadovla birlikdə Hollandiyanın “Tvente” klubunun şərəfini qoruyan Yanko hazırda 60 faiz bərpa olunub. Belədə o, sağlamlığı ilə risk etmək istəməyib.
Qeyd edək ki, Markdan başqa, avstriyalıların heyətində daha iki itki var. Qapıçı Yurgen Maxo və yarımmüdafiəçi Daniel Bayxler də zədə ucbatından oynamayacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
17.07.26  10:30

PSJ-də yeni müqavilə

topaz banner