Avstraliya yığması “Fənərbaxça”nın sabiq məşqçisinə tapşırıldı

Avstraliya yığması “Fənərbaxça”nın sabiq məşqçisinə tapşırıldı
XƏBƏR 11 Avqust 2010 / 15:38 2124
-  A +

Avstraliya Futbol Federasiyası ölkənin əsas millisinin boş qalan baş məşqçi postuna Holger Osieki gətirib. Qol.Az-ın məlumatına görə, vaxtilə Türkiyənin “Fənərbaxça” klubunun sükanı arxasında da çalışmış mütəxəssislə 4 illik müqavilə imzalanıb. “Kenqurular”ın yeni çalışdırıcısı Avstraliya millisini çalışdıracağı üçün həyəcanlı olduğunu bildirib: “2014-cü ildə keçiriləcək növbəti dünya çempionatına kimi yeni bir komanda formalaşdırmağa çalışacağıq. Bütün hazırlıqlarımız bu yöndə olacaq”.
Qeyd edək ki, 1990-cı ildə dünya çempionluğunu qazanan Almaniyanın baş məşqçisi Frans Bekkenbauerin yanında köməkçi kimi fəaliyyətə başlayan Osiek, karyerası ərzində “Fənərbaxça” ilə yanaşı, “Bohum” və 2007-ci ildə Asiya Çempionlar Liqasının qalibi adını qazandırdığı “Urava Red Diamonds”da da fəaliyyət göstərib.


Dünya Çempionatı 2026
Son xəbərlər
17.07.26  10:30

PSJ-də yeni müqavilə

topaz banner